AZ

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir. 

Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib. 

O, doğulduğu Qazyan kəndində dəfn olunacaq. 

Ağarza Elçinoğlu

Seçilən
27
50
unikal.az

10Mənbələr