Göygöl kişi hündürlükdən yıxılaraq xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü S.Bağırov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, S.Bağırov yaşadığı evdə nərdivandan yıxılaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.