AZ

Qazaxıstan hərbçiləri Azərbaycana gəldilər

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

HHQ-nin "N" saylı hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların pilotsuz uçuş aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Seçilən
8
50
manset.az

10Mənbələr