Mingəçevirdə Kür çayında iki kater toqquşub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı