AZ

Qazaxıstan “Kaşağan” yatağından indiyədək 1 milyard barel neft hasil edib

BAKI, 5 iyul. TELEQRAF

Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “Kaşağan” yatağında istismarın başlandığı 2016-cı ildən 1 milyard barel neft hasil edib.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Xəzər layihəsinin operatoru olan "North Caspian Operating Company" açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, bu göstərici Şimali Xəzər layihəsinin sabit fəaliyyəti və inkişafını nümayiş etdirir və layihə Qazaxıstanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Qeyd edək ki, 2025-ci il yanvarın 15-də “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın törəmə şirkəti olan “KMG Trading” arasında illik 240 min ton “Kaşağan” neftinin tranzitinə dair saziş imzalanıb. Bu çərçivədə, yanvarın 25-də Aktau limanında tankerə yüklənmiş təxminən 6 min ton həcmində ilk “Kaşağan” nefti partiyası yanvarın 27-də Səngəçal terminalına çatdırılıb.

Seçilən
0
25
teleqraf.com

10Mənbələr