AZ

Rusiya niyə İran prezidentinin Xankəndi səfərindən narazı qalıb?



Rusiya, İran Prezidenti Məsud Pezeşkianın Xankəndiyə etdiyi səfərdən narazı qalıb.Bildiyiniz kimi İran Prezidenti Məsud Pezişkian, Azərbaycanın işğaldan azad edilən qədim şəhəri olan Xankəndidə, baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatı platforması çərçivəsində, təşkil edilən Zirvə görüşünə ölkəsi adına qatılıb və bu toplantı çərçivəsində bir sıra görüşlər və müzakirələr aparıb.

Əslində İran Prezidentinin, İran üçün indiki vaxtda Azərbaycana səfər edərək İƏT-na qatılması ,müharibənin vurduğu siyasi və iqtisadi zərərin, dağıntıların və ola biləcək hansısa iqtisadi böhranın aradan qaldırılması istiqamətində və yaxud da qarşısının alınmasında, İqtisadi Əməkdaşlıq Təşkilatı platforması çərçivəsində mövcud problemləri həll etmək, aradan qaldırmaq imkanı əldə etməsi , ölkəsi açısından faydalı addımdır və məhz indiki vaxtda vacib səfər hesab etmək olar. Təşkilata üzv ölkələrin, Zirvə sammitinə, müzakirələrə qatılaraq iştirak etmələri və ölkələri adına təşkilatdan faydalanmaları heç şübhəsiz ki, hər bir üzv ölkə kimi İranın da bu istiqamətdə işini asanlaşdırır və sürətləndirir.Rusiyanın Azərbaycanla münasibətlərinin pisləşdiyi bu vaxtda, Pezişkianın Azərbaycana səfər etməsi, əslində İran Prezidentinin Azərbaycana səfərinin, üzv olduğu İƏT-nın Zirvə sammitinin, təyin etdiyi mövcud vaxt əsasında, həyata keçirilmişdir, desək daha doğru olardı.

Bu baxımdan Rusiyanın İran Prezidentinə qarşı bu və digər səkildə etiraz etməsi əlbəttə ki yersizdir.Əslində, Rusiyanın bu etirazının arxasında Azərbaycana qarşı böyük qısqanclığın olduğunu görməmək mümkün deyil və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə, Rusiya və Azərbaycan münasibətlərində olan gərginliyin azaldılması üçün, hər iki ölkədə ortalığı sakitləşdirmək məqsədilə öz mesajlarını verib.Əminliklə qeyd edirəm ki, Rusiya Azərbaycanı itirmək istəmir və bu səbəbdən yaxın vaxtlarda qarşılıqlı olaraq əlaqələrin yenidən qurulması istiqamətində addımlar atılacaq.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
20
33
newscenter.az

10Mənbələr