Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Selye" matçından öncə mətbuat konfransları və açıq məşqlər olacaq.

Offsideplus.az xəbər verir ki, təmsilçimizin mətbuat konfransı iyulun 8-də, saat 18:00-da başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-dan etibarən keçiriləcək.

Rəqib komandanın mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.

Həm mətbuat konfransları, həm də məşqlər “Bank Respublika Arena”da təşkil olunacaq.

Qeyd edək ki, "Sabah" - "Selye" görüşü iyulun 10-u da oynanılacaq. Cavab qarşılaşması 1 həftə sonra Sloveniyada baş tutacaq.