Türkiyə əhalisinə iyulun ilk həftəsində havaların isti keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusilə qərb və daxili ərazilərdə termometrlər rekord həddi göstərəcək. Aydında istilik 44 dərəcə, Ədirnə və Muğlada 40, Antalyada 40, İzmirdə 39, Ankara və Konyada 36, İstanbulda 34 dərəcə olacaq.
"Bu yüksək temperatur xüsusilə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar üçün sağlamlıq riski yarada bilər, ona görə də ehtiyatlı olmaq lazımdır", - məlumatda qeyd olunub.
Bundan başqa, Şərqi Qara dəniz bölgəsi üçün "narıncı" kodlu yağış xəbərdarlığı edilib.