Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sele” matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun mətbuat konfransı iyulun 8-də, saat 18:00-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-da başlayacaq.
Rəqib komandanın mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.
Həm mətbuat konfransları, həm də məşqlər “Bank Respublika Arena”da təşkil olunacaq.