AZ

Kosovo parlamenti bomba xəbərdarlığı səbəbilə boşaldıldı

Kosovo parlamenti bomba xəbərdarlığı səbəbilə boşaldıldı

Kosovo parlamentinin bomba xəbərdarlığı səbəbilə təxliyə edildiyi bildirilib.

Kosovo Parlamentində 15 aprel tarixindən etibarən başlayan Ümumi Yığıncaq iclasları parlament sədri seçilə bilmədiyindən iki gündən bir davam etdirilir.

Millət vəkilləri bu gün 42-ci dəfə keçirilməsi planlaşdırılan iclas üçün səhər saatlarında parlament binasına daxil olublar.

Parlamentin təhlükəsizliyinə cavabdeh olan qurumlar daxil olan bomba xəbərdarlığına görə millət vəkilləri və jurnalistləri binadan təxliyə ediblər.

Kosovo polisi hadisə ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, Kosovo polisi aidiyyəti prokurorluğu məlumatlandıraraq, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və müvafiq qurumlarla birlikdə hadisə yerində lazımi yoxlama və araşdırmaları aparır.

Kosovo Parlamentinin Baş Katibinin müavini Arben Loşi yerli mətbuata verdiyi açıqlamada deyib ki, İngilis dilində danışan bir şəxs zəng edərək binaya bomba yerləşdirildiyini və onun 10 dəqiqə ərzində partlayacağını bildirib.

Kosovonun Gələcəyi Uğrunda Alyans (AAK) Partiyasının millət vəkili Tayme Kadrijay isə “Baş verənlər son dərəcə mənasızdır. Ola bilsin ki, bu, millət vəkillərini parlamentdən uzaqlaşdırmaq üçün qəsdən edilmiş bir telefon zəngidir. Normal bir insan parlamentə hücum etməz” deyib.

Hadisədən sonra parlamentin Ümumi Yığıncaq iclası yerli vaxtla saat 20:00-a təxirə salınıb.

Digər tərəfdən, Kosovo Prezident Aparatı da ölkə parlamenti ilə eyni binada yerləşir.

Seçilən
1
6
afn.az

10Mənbələr