AZ

İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb

İrlandiyanın “Ryanair” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində azı 18 nəfər xəsarət alıb.Bu barədə “Diario de Mallorca” nəşri məlumat yayıb.

Hadisə təxminən saat 01:00 radələrində baş verib. Təyyarə İspaniyanın Palma-de-Mayorka hava limanına eniş edərkən bortda yanğın olduğu barədə məlumat verib.

Tibb işçiləri 18 nəfərə yardım göstəriblər. Altı nəfər xəstəxanaya yerləşdirilib.

Təyyarənin modeli və yanğının səbəbləri barədə məlumat verilməyib.

Seçilən
10
50
anews.az

10Mənbələr