AZ

Laçın Rayon Polis Şöbəsindən əməliyyat tədbiri: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

Bakı, 5 iyul, AZƏRTAC

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olan Şıxəli İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Ş.İsmayılovun yaşadığı ünvana baxış zamanı onun həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həmçinin yardımçı tikililərdə qurudulmaq üçün asılmış 83 ədəd çətənə bitkisi, həşiş qətranı, marixuana və çətənə toxumları da aşkar olunub.

Əlavə olaraq, həmin ünvandan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, bu silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şıxəli İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Seçilən
0
50
azertag.az

10Mənbələr