CHP bələdiyyələrinə qarşı korrupsiya və rüşvət əməliyyatları çərçivəsində Antalya Böyükşəhər Bələdiyyə sədri Mühiddin Böcek, Adıyaman Bələdiyyə başçısı Abdurrahman Tutdere və Adana Böyükşəhər Bələdiyyə başçısı Zeydan Karalar saxlanılıb.
Türkiyə mediası yazır ki, Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhittin Böceklə yanaşı keçmiş gəlini Zeynep Kerimoğlu da saxlanıb. Haqqında həbs qərarı çıxarılan bələdiyyə sədrinin oğlu Mustafa Gökhan Böcekin isə xaricdə olduğu məlum olub.
CHP üzvləri olan bələdiyyə sədrlərinin həbsi İstanbul baş prokurorluğunun yerli bələdiyyə orqanlarında korrupsiya halları (tenderlərin təşkilində rüşvət və s.) ilə bağlı bir beçə iş əsasında aparılan istintaq çərçivəsində həyata keçirilib.
Saxlanmalardan sonra sözügedən üç bələdiyyələrinin binalarında polis tərəfindən axtarış aparılıb. Polis əməkdaşları binaların qarşısında və ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirib.
TAHİR