AZ

Məşhur restoranda ətlərə bu səbəbdən qurd düşüb AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İstehlakçılar bilməlidirlər ki, çiy ətin qurdlanma həddinə çatması üçün xarab olmalı,  iylənməlidir. Ancaq ondan sonra qurdlanma baş verər,  yemək mümkün olmaz. Əgər çiy əti 10 dəqiqə açıq havada qalsa, deməli, ət tez bir zamanda qurdlana bilər".Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.O bildirib ki, bişmiş ət də əgər uyğun olmayan temperaturda saxlanarsa, onda da qurdlanma baş verə bilər:"Konservləşdirilmiş ətlərdə hava daxil olduqda və konserv açılmış olduqda qurdlanma baş verir.Təəssüf ki, yayda belə hallar olur. Qida təhlükəsizliyi çox vacib  sahədir. Bu mövzuda araşdırma aparmaq da faydalıdır. Vətəndaşlar bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əlaqədə işləməlidirlər".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
20
demokrat.az

10Mənbələr