Oğurluq edən 3 nəfər saxlanılıb
Ajans.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı E.Səfərov və 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıblar. Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Bir nəfərin çantasından 1100 manat pul vəsaiti oğurlamaqda şübhəli bilinən 27 yaşlı F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.