Bakı. Trend:
Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar1,131 milyard Rusiya rublu alqı-satqısı həyata keçirib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə602,161 milyon Rusiya rublu və ya 2,1 dəfə artıb. Belə ki, 2024-cüilin may ayı ərzində banklar 528,626 milyon Rusiya rublualqı-satqısı həyata keçirmişdi.
Hesabat dövründə bankların Rusiya rublu alışının həcmi 970,760milyon rubl, satışının həcmi isə 160,027 milyon rubl olub.
Rusiya rublu alışı illik müqayisədə 672,33 milyon rubl və ya 3,3dəfə artıb, satışı isə 70,168 milyon rubl, yaxud da 30,5%azalıb.
2024-cü ilin bəhs olunan dövründə banklar 298,430 milyon rublalış, 230,196 milyon rubl satış həyata keçirmişdi.