AZ

Azərbaycan şahmatçısı Ankarada liderliyini davam etdirir

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Ankarada keçirilən turnirdə liderliyini davam etdirir.

İdman.biz xəbər verir ki, o, Başkənd Universitetinin mükafatları uğrunda yarışın son üç turunda heç-heçə edib.

Lakin bu onun lider mövqeyinə təsir etməyib. Rəsulov altı oyundan 4,5 xal toplayıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət turnirdə doqquz ölkədən 55 şahmatçı çıxış edir.

İdman.biz

Məqalədə:
Seçilən
4
11
idman.biz

10Mənbələr