AZ

Kürdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda 19 yaşlı gəncin Kür çayında boğulması ilə nəticələnən hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə ötən gün saat 17 radələrində Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin kəndin sakini Məmiyev Eldəniz Cabir oğlu çayda çimərkən batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti bu gün səhər saat 8 radələrində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 

Sabirabadda bir nəfər Kür çayında batıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Seçilən
2
26
hafta.az

10Mənbələr