AZ

Ərdoğandan Rusiya və Azərbaycan arasında gərginliyə MÜNASİBƏT

Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var, gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq.

Heftelik.az-n məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır.

“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz lokal hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”.

Ərdoğan, bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:

“Azərbaycan Prezidenti bununla bağlı çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.

Seçilən
1
50
heftelik.az

10Mənbələr