AZ

Ərdoğan Xankəndidə Əliyevə nə deyib? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə iyulun 4-də Xankəndidə baş tutan görüşdə deyib ki, Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır.

 

Türkiyə Prezidenti qeyd edib ki, bu həmişə belə olub və bundan sonra da belə olacaq.

 

Maraqlıdır, bu mesaj nəyə hesablanıb?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildidib ki, Ərdoğanın Xankəndidə verdiyi mesajlar kifayət qədər əhəmiyyətli idi. Onun sözlərinə görə, bu, təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə geosiyasi baxımdan vacibdir:

 

"Ərdoğanın Türkiyənin Azərbaycanın yanında olduğu və bundan sonra da olacağını diqqətə çatdırması xüsusilə vurğulanmalı məqamdır. Həmçinin, bu, işğaldan azad olunmuş ərazilərdən dünyaya çatdırılan simvolik mesajdır.

 

Bu mesaj xatırladır ki, Azərbaycanın separatizmin kökünü kəsməsində məhz qardaş Türkiyənin siyasi-diplomatik dəstəyi də var. Türkiyə və Azərbaycanın bir-birinin yanında olacağından heç kimin şübhəsi olmamalıdır. Çünki bu strateji müttəfialik və qardaşlıq artıq tarixin sınağından çıxmış bir dinamikadır. Dünyada baş verən geosiyasi proseslər Azərbaycanla Türkiyənin yanyana olmasını şərtləndirir. Təkcə mənəvi bağlılıq deyil, siyasi dinamikanın ortaya qoyduğu şərtdir".

 

K.Novruzov qeyd edib ki, əgər Azərbaycanla Türkiyə bu gün çiyin-çiyinə dayanmasa, bu hər iki dövlətin büdrəməsinə səbəb olar. O sonda vurğulayıb ki, bu qardaşlıq hələ uzun müddət davam edəcək.

 

Firuzə Əliyeva

Sfera.az

 

 

Seçilən
5
50
sfera.az

10Mənbələr