"Qalatasaray" Hakan Çalhanoğlu üçün "İnter"lə danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

H. Çalhanoğlu bu yay "İnter"dən ayrılmağı ciddi şəkildə düşünür. Klublar razılaşsa, təcrübəli futbolçu Türkiyədə çıxış etməyə hazırdır.

31 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "neradzuri"də çıxış edir. O, "Milan"dan ayrılaraq azad agent kimi "İnter"ə qoşulmuşdu.