AZ

KİV: İsrail İranın beş hərbi obyektə zərbələr endirməsini gizlədib

İsrail İranın beş hərbi obyektə, o cümlədən böyük aviabazaya zərbələri barədə məlumatı ictamiyyətə açıqlamayıb.

"Report" xəbər verir ki, bu barədə Oreqon ştatı Universitetinin əməkdaşları tərəfindən aparılan peyk məlumatlarının təhlili əsasında Britaniya “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirlib ki, İranın altı raketi İsrailin şimal, cənub və mərkəzi hissəsində yerləşən beş obyektə, o cümlədən kəşfiyyat məlumatlarının toplanması mərkəzinə və logistika bazasına zərbə endirib.

Nəşr bildirib ki, ümumilikdə 12 günlük münaqişə nəticəsində İran İsrailin 40-dan çox infrastruktur obyektinə hücum edib.

İsrail Müdafiə Ordusu hərbi bazalara zərbələr barədə məlumatları şərh etməyib.

Nəşrin məlumatına görə, ümumilikdə İsrail və ABŞ-nin hava hücumundan müdafiə sistemləri raketlərin təxminən 84%-ni məhv edib

Seçilən
5
50
qaziler.az

10Mənbələr