AZ

Bütün diqqətləri özünə çəkən “Qarabağ”lı: Hamı mənim haqqımda danışmağı sevir”

“Hamı mənim haqqımda danışmağı sevir”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avstriyada keçirilən təlim-məşq toplanışı zamanı vurduğu maraqlı qol barədə danışarkən deyib.

Komanda məşqlərində tez-tez uzaq məsafədən vurduğu qollarla gündəmə düşən Azərbaycan millisinin 31 yaşlı qolkiperi bu istedadından gülərək danışıb: “Arada belə olur. Məşqlərdə özümü sınayıram”.

Məhəmmədəliyev “qapıçı olmasaydınız, sizdən yaxşı hücumçu ola bilərdimi?” sualına belə reaksiya verib: “Artıq bunu heç vaxt bilə bilməyəcəyik (gülür - red.)”.

Ağdam klubunun təcrübəli qolkiperi Avstriyadakı hazırlıqlardan da söz açıb: "Çempionlar Liqasına hazırlaşırıq, hər şey qaydasındadır".

2016-cı ildən “Qarabağ”da çıxış edən Şahruddin Məhəmmədəliyev yalnız 2023/2024 mövsümünü Türkiyənin “Adana Demirspor” klubunda keçirib.

Seçilən
14
50
sportinfo.az

10Mənbələr