Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNESCAP ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və bu müddət ərzində UNESCAP-a üzv olan əksər üzv dövlətləri ilə yüksək səviyyədə ikitərəfli əlaqələr qurulub.
UNESCAP-ın xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün vacib platforma olduğunu bildirən Azərbaycanın səhiyyə naziri ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCAP-ın icraçı katibi 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirən Armida Salsia Alisahbana qeyd edib ki, UNESCAP təşkilata üzv ölkələrdə rəqəmsal səhiyyə və səhiyyənin inkişafına tövfə verəcək.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10Mənbələr
-
operativmm.azUNESCAP-ın Bakıda keçiriləcək 82-ci sessiyasına hazırlıq müzakirə olunub ( 18976012)
-
demokrat.azSəhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib — FOTO ( 18975733)
-
turkic.worldSəhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib ( 18975709)
-
musavat.comSəhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib ( 18975448)
-
az.trend.azSəhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib (FOTO) ( 18975292)
-
adalet.azƏli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib ( 18873538)
-
day.azƏli Əsədov Ersin Tatarla bir sıra sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib ( 18872476)
-
bakivaxti.azƏli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib ( 18870817)
-
bizim.mediaAzərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn birgə layihələr müzakirə olundu ( 18785989)
-
apa.azCeyhun Bayramov Özbəkistan xarici işlər nazirinin müavini ilə İƏT-in Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə edib ( 18779497)