AZ

Enrike: “Şübhəm yoxdur ki, o, bizimlə qalacaq”

PSJ-nin baş məşqçisi Luis Enrike komandadan ayrılacağı iddia edilən Bredli Barkola haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Barkolanın klubdakı gələcəyi? Şübhəm yoxdur ki, o, bizimlə qalacaq. Oyunçularımızın başqa klubların diqqət mərkəzinə düşməsi xoşdur. Ancaq Barkola hələ gəncdir və uzun illər burda oynayacağını düşünürəm”.

Barkolanın adı “Liverpul” və “Bavariya” ilə hallanır. O, başa çatan mövsümdə 58 oyunda 21 qol vurub, 19 məhsuldar ötürmə edib.

Seçilən
0
6
futbolpress.az

10Mənbələr