AZ

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi

Ötən gün Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edilib.

KONKRET.az xəbər verir ki, Şəmkirin Qədimqala kəndi ərazisində göldə boğulan azyaşlılar bu gün kənd qəbirstanlığında dəfn ediliblər.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, azyaşlıların valideynləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, hadisə Şəmkir çayının rayonun Qədimqala kəndi ərazisindən keçən hissəsində baş verib. Qədimqala kənd sakinləri 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu göldə çimən zaman boğulublar.

Seçilən
8
50
konkret.az

10Mənbələr