AZ

 Qaydaları pozan sürücülər...  

Hər bir sürücü,hər bir hərəkət iştirakçısı mənzil başına sağ- salamat çatmaq istəyir. Bunun üçün isə birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etmək lazımdır. Bəs indi gəlin görək onlar bu qanunlar riayət edirlərmi? Əlbəttə, yol hərəkəti qaydalarına əməl edənlər də var , etməyənlər də.

Məhz ona görə də qəzalar baş verir, piyadavurma halları yaranır. Bunun qarşısını almaq üçün isə yol polisi davamlı olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Belə tədbirlər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən də zaman- zaman gerçəkləşdirilir. Alayın birinci tağımının əməkdaşlarının Bakı- Quba avtomobil yolunda apardığı profilaktik tədbirlər demək olar ki, hərəkətin təhlükəsizliyinə hesablanıb.

Belə ki, tağım əməkdaşları sutkanın 24 saatı xidməti vəzifələrini məsuliyyət yerinə yetirirlər. Onlar kobud qayda pozuntularına-sərxoş, ötmə əməliyyatını pozan, qəza şəraiti yaradan, sürücülük hüququ olmadan sükan arxasında əyləşən, piyadaya yol verməyən, nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən, eləcə də mobil telefonla danışan, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobili texniki baxışdan vaxtında keçirməyən sürücülərə qarşı inzibati tədbirlər görməklə bərabər , həm də onları maarifləndirir.

Tağımın əməkdaşı , polis baş serjantı Anar Hümbətov demək olar ki, həmişə tapşırılan işin öhdəsindən bacarıqla gəlir. O, sürücülərlə səmimi ünsiyyət qurmağı bacarır və çətin vəziyyətdə olanlara kömək edir. Bir neçə dəfə stasionar postda özünü pis hiss edən sürücülərə və hərəkət iştirakçılarına vaxtında kömək edib və onları xəstəxanaya çatdırıb.

Bir sözlə, bu tağımda çalışan yol polisi əməkdaşları rəhbərliyin onların qarşısına qoyduğu vəzifəni həmişə məsuliyyətlə və vicdanla yerinə yetirirlər. Ona görə də tağımın xidmət apardığı avtomobil yolunda qəzalar azalıb və hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edilir!!!

Emil Faiqoğlu  

Seçilən
2
45
adalet.az

10Mənbələr