"Neftçi"nin baş məşqçisi Samir Abasov yeni transferləri Elvin Bədəlov və Murat Xaçayev haqda danışıb.
Rekord.az xəbər verir ki, "Neftçi" TV-ə açıqlamasında o, hər iki futbolçunu tanıdığı üçün aldıqlarını deyib: "Bildiyiniz kimi, yeni mövsümdən legioner limiti götürülüb. Lakin bu, o demək deyil ki, yerliləri oynatmayacayıq. Həm Elvini, həm də Muratı yaxşı tanıyıram. Elvini həm də "Neftçi" camiəsi yaxşı tanıyır, daha öncə də burada oynayıb. Sağ olsunlar, hər ikisi dəvətimizi qəbul edib "Neftçi"yə gəldilər. İnanıram ki, yerli futbolçu kimi özlərini çempionatda da yaxşı tərəfdən göstərəcələr".