AZ

Tayvan ABŞ-ın HIMARS sistemləri ilə ilk hərbi bölməsini yaratdı

Tayvan ilk dəfə ABŞ istehsalı olan HIMARS yüksək hərəkətli artilleriya raket sistemləri ilə silahlanmış hərbi bölmə yaradıb. 

İnterpress.az-ın məlumatına görə, bu barədə adanın müdafiə departamenti mətbuata açıqlamasında bildirib.

Məlumata görə, bu addım, adanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır və regionda artan geosiyasi gərginlik fonunda Tayvanın təhlükəsizlik tədbirlərini intensivləşdirdiyini göstərir.Qeyd edək ki, HIMARS sistemləri son illərdə müxtəlif münaqişə bölgələrində effektivliyi ilə tanınıb və ABŞ-ın müttəfiq ölkələrə verdiyi hərbi dəstəyin mühüm elementlərindən biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
50
interpress.az

10Mənbələr