Astrologiyada insanın ailə bağları, xüsusilə də anaya münasibəti bəzi bürclərlə sıx əlaqələndirilir. Astroloqların fikrincə, bəzi bürc kişiləri analarına digərlərinə nisbətən daha çox bağlı olurlar. Onlar üçün ana yalnız doğma insan deyil, həm də həyatın mənəvi dayağıdır.
BAKU.WS xəbər verir ki, astrologiyada anasına ən düşkün kişilər əsasən aşağıdakı bürclərdə doğulanlardır:
Xərçəng
Su ünsürünə mənsub olan Xərçəng kişiləri ailəyə, xüsusilə də anaya qarşı fövqəladə həssaslıq göstərirlər. Onlar üçün ana bir növ daxili sabitliyin və emosional təhlükəsizliyin təcəssümüdür. Xərçəng kişiləri çox vaxt analarına bağlı qalır, onların razılığını almaq həyatlarının vacib hissəsinə çevrilir. Bəzən bu bağlılıq həyat yoldaşı seçimində də təsirli olur.
Balıq
Balıq kişiləri duyğusal, anlayışlı və empati qabiliyyəti yüksək insanlardır. Onlar analarının qayğısına qalmağı və onları sevindirməyi özlərinə borc bilirlər. Analarının sözlərinə çox önəm verir, bəzən isə onların istəkləri ilə öz arzularından belə keçirlər.
Buğa
Sabitliyi və ailə dəyərlərini sevən Buğa kişiləri analarına xüsusi hörmət və diqqət göstərirlər. Onlar üçün ana evi - dincəldikləri, özlərini təhlükəsiz hiss etdikləri yerdir. Buğa kişiləri anasının rahatlığı və rifahı üçün ciddi məsuliyyət hiss edirlər.