Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan Xorvatiya təmsilçisi yerli “Radomlje” ilə gücünü sınayıb.
Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 47-ci dəqiqədə Mikele Şeqo vurub.
Bu, Split klubunun Sloveniya toplanışı çərçivəsində ikinci qələbəsidir. “Hayduk” ilk matçında Bolqarıstan ÇSKA-sını 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.