AZ

23+2 milyon avro təzminat ödəyəcək - Yeni aldıqları forvarda

"İnter" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "göy-qaralar" "Parma"dan Anj-Yoan Bonnini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" fransalı hücumçu üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Parma" Anj-Yoan Bonnini 2021-ci ilin yayında "Şatoru"dan transfer etmişdi.

Fransa U-21 millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
50
sportinfo.az

10Mənbələr