AZ

Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi

ain.az, Lent az saytına istinadən bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, qiymət artımı beş il ərzində dünya üzrə 3,7 trilyon dollara qədər yeni gəlir gətirəcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlıq üçün zərərli hesab edilən üç qrup məhsulun qiymətinin artırılmasına çağırır. Bunlar tütün məhsulları, spirt və şəkərli içkilərdir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ÜST-nin saytında yerləşdirilən məlumatda qeyd edilir.

Təşkilat 2035-ci ilə qədər yuxarı vergilər hesabına qeyd olunan məhsulların qiymətinin ən azı 50 faiz artırılmasını təklif edən “3-dən 35-ə” kampaniyasına başlayıb. Pulun yenidən səhiyyə, təhsil və sosial müdafiəyə yatırılması təklif edilir.

Tütün, alkoqol və şəkərli içkilər qeyri-infeksion xəstəliklərin, xüsusən də ürək xəstəlikləri, xərçəng və şəkərli diabetin əsas səbəbkarları kimi müəyyən edilir və bütün dünya üzrə bütün ölümlərin 75 faizdən çoxuna cavabdehdir.

"Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur", - ÜST iddia edir. 

Təşkilat hesablayıb ki, bu üç kateqoriyalı məhsulların qiymətini 50 faiz artırmaqla növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını almaq olar.

ÜST hesab edir ki, daha yüksək qiymətlər beş il ərzində 3,7 trilyon dollara qədər yeni qlobal gəlir əldə edə bilər və ya ildə orta hesabla 740 milyard dollar, qlobal ÜDM-in 0,75 faizinə bərabərdir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
lent.az

10Mənbələr