AZ

"Erməni kilsəsinin rəhbərləri bizə istehza ilə yanaşırdılar" - Şeyxülislam

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra erməni kilsəsi ilə münasibətlərin mahiyyətinin dəyişdiyini bildirib. O, bu barədə jurnalistlərə verdiyi açıqlamada danışıb.

"Qələbəmizdən öncə erməni kilsəsinin rəhbərləri ilə keçirilən görüşlərdə onlar özlərini qalib tərəf kimi aparır, bizə istehza ilə yanaşırdılar. Bu münasibət məni də, Azərbaycan xalqını da incidirdi," – deyə Paşazadə xatırladıb.

O bildirib ki, bu gün artıq o, qalib xalqın Şeyxülislamı olaraq çıxış edir və bununla qürur duyur. Onun sözlərinə görə, Azərbaycan dini irsinin qorunması və bərpası istiqamətində vacib addımlar atılır: "Bu yaxınlarda İrəvan qazılığını yenidən bərpa etdik. İnşallah, o torpaqlara da dönəcəyik, oradakı məbədlərimizi, məscidlərimizi, ziyarətgahlarımızı bərpa edəcəyik. Din xadimlərimiz həmin ərazilərdə də fəaliyyət göstərəcək."

Qeyd edək ki, Şeyxülislamın bu çıxışı həm dini iradənin güclənməsi, həm də Azərbaycanın işğaldan azad edilən və hazırda nəzarətindən kənarda olan tarixi torpaqları ilə bağlı gələcəyə yönəlmiş mesaj kimi dəyərləndirilə bilər.

Seçilən
0
34
aznews.az

10Mənbələr