AZ

“Yuventus” kanadalı futbolçu transfer etdi

"Yuventus" "Lill"i tərk edən Conatan Devidin transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb.

Kanadalı hücumçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb. 25 yaşlı futbolçunun illik maaşı 6 milyon təşkil edəcək. O, komandaya sərbəst agent kimi qoşulub.

Qeyd edək ki, Devid "Lill"də 5 mövsüm keçirib və bir dəfə Fransa çempionu titulunu qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
18
50
bizim.media

10Mənbələr