AZ

Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, əslən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan separatçı Vaaqn Çaxalyan Ermənistanda saxlanılıb.

Bu barədə vəkil Ruben Melikyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, Çaxalyan hazırda Ermənistan İstintaq Komitəsinin binasında saxlanılır.

Məlumata əsasən, Vaaqn Çaxalyan “Kamk” təşəbbüs qrupunun lideridir və ölkədə müxalifət fəaliyyətində fəal iştirak edir. O, daha əvvəl Gürcüstanda “Cavaxh” hərəkatının lideri kimi tanınıb.

Çaxalyan 2009-cu ildə Gürcüstanda kütləvi iğtişaşlarda iştirak, qanunsuz odlu silah saxlamaq və xuliqanlıq ittihamları ilə saxlanılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ildə amnistiya nəticəsində azadlığa buraxılıb.

Bəzi məlumatlara görə o, İrəvana hökumət əleyhinə iğtişaşlar törətmək və dövlət çevrilişi etmək üçün gəlibmiş.

Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib, bir sıra ağır cinayətlər törədib.

Vaaqn Çaxalyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan olunub.

Seçilən
22
33
sportinfo.az

10Mənbələr