ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hücumlara görə dəymiş ziyana görə təzminat tələb etmək niyyətini şərh edib.
Publika.az xəbər verir ki, Tramp İranın təzminat tələbini “gülünc” adlandırıb.
"Bu, olduqca gülüncdür", - ABŞ lideri qeyd edib.
İran hökuməti son günlərdə ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi hücumlar nəticəsində ciddi maddi ziyan dəydiyini bəyan edərək, beynəlxalq hüquq çərçivəsində kompensasiya tələb edəcəyini açıqlayıb. İran Xarici İşlər Nazirliyi məsələni BMT səviyyəsində qaldırmağa hazırlaşır.
Tramp isə bu tələbi qətiyyətlə rədd edib. O bildirib ki, ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün hər zaman lazım olan addımı atmaq hüququna malikdir. Onun sözlərinə görə, İranın iddiaları hüquqi və siyasi baxımdan əsassızdır və diqqətə alınacaq qədər ciddi deyil.