AZ

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İyulun 4-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Eləcə də, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

"Cebheinfo.az" 

Seçilən
6
50
cebheinfo.az

10Mənbələr