Bakı. Trend:
Prezident İlham Əliyev Venesuela Bolivar RespublikasınınPrezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Venesuela Bolivar Respublikasının milli bayramı – MüstəqillikGünü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycanxalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrəəsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizinmöhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalıəməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətindəbirgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost Venesuela xalqına daim əmin-amanlıq vərifah arzulayıram".