AZ

"Sabah"dan ayrılan futbolçu yenidən "Kəpəz"də

BAKI. 5 iyul. TELEQRAF

"Sabah" klubu ilə yollarını ayıran futbolçu Şakir Seyidov "Kəpəz"ə keçib.

Teleqraf Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu komandada 28 matç kecirib və 1 qol vurub.

Seçilən
1
50
teleqraf.com

10Mənbələr