AZ

Mühərriki test etməyin ustasız, sadə üsulu - 1 dəqiqə vaxt alır

Mühərrikin yağ qapağı ilə edilə biləcək sadə testlər mühərrikin vəziyyətini və problemlərini aşkar ortaya qoyur.

Milli.Az xəbər verir ki, bunun üçün mühərrik sönülü olan zaman sadəcə yağ qapağını açaraq qapağın altındakı vəziyyətə baxmaq lazımdır.

Əgər qapağın içində və ya üzərində köpük və ya ağ rəngdə maddə varsa bu, yağla suyun qarışdığı deməkdir. Həmçinin, qapağın içində qara və yapışqan çöküntülər varsa, bu mühərrikdə yanma problemlərini və ya yağın köhnəlməsini göstərə bilər. Yağ qapağını açdıqdan sonra mühərrikdən gələn qoxu da diqqətə alınmalıdır; yanmış və ya alışmış yağ qoxusu mühərrikdə istilik problemlərinin işarəsi ola bilər.

Bunlarla yanaşı, yağ qapağının özü zədələnmiş, çatlamış və ya düzgün bağlanmırsa, bu da mühərrikə toz və çirklərin daxil olmasına səbəb olaraq əlavə problemlər yarada bilər. Sadə bu yoxlamalar mühərrikin ümumi vəziyyəti haqqında ilkin fikir verir və ciddi nasazlıqların qarşısını almağa kömək edir.

İsmayıl
Milli.Az

Seçilən
21
14
milli.az

10Mənbələr