AZ

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü VİDEO

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Krasnodar” klubunun keçmiş hücumçusu Fyodor Smolov Moskvada açıq kafelərin birində iki nəfəri döyüb. 

Fanat.Az xəbər verir ki, bununla bağlı görüntülər "Telegram" kanallarında yayılıb.

Münaqişə iki şəxsin yüksək səslə danışaraq futbolçunu müzakirə etməsi səbəbindən baş verib. Smolov ona ünvanlanan təhqirləri eşidəndən sonra dava düşüb.

Tanınmış rusiyalı insayder İvan Karpov hadisənin əslində, mayın 28-də baş verdiyini, bu görüntülərin yayılmaması üçün 35 yaşlı futbolçudan 3 milyon rubl pul istənildiyi, Smolov imtina etdikdən sonra internetdə peyda olduğunu bildirib.

Qeyd edək ki, "Krasnodar" forvardın klubdan göndərildiyini mayın sonunda elan edib. O, 2024/25 mövsümündə bütün turnirlərdə 24 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu “Krasnodar”la Rusiya çempionu olub.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
27
fanat.az

10Mənbələr