"Liverpul" klubu dünyasını dəyişən futbolçusu Dioqo Jota barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçunun Mersisayd təmsilçisi ilə 2 illik müqaviləsi qalmışdı. "Qırmızılar" qalan 2 ilin məvacibini onun ailəsinə ödəyəcək.

Bu barədə "Record Portugal" məlumat yayıb.

Jota 2020-ci ildən "Liverpul"da çıxış edirdi. O, 2 gün öncə baş verən maşın qəzasında həyatını itirib.