AZ

Onun “milli” düşüncəsi

Əli Kərimli ənənəvi qaydada şər-böhtandan, qarayaxmadan ayrı dura bilmir.

Əlinə hansısa formada fürsət düşən kimi dərhal ondan istifadəyə çalışır, özünü “siyasət bilicisi” kimi göstərmək zövqünü özünə yaşatmaqdan usanmır. İddia edir ki, “The New York Times” qəzetinə müsahibə verib, müxtəlif sitatlar paylaşaraq, cəmiyyəti inandırmağa çalışır ki, doğrudan böyük adamdır və dünyanın ən tirajlı qəzetlərindən biri onunla tərəf müqabili olub. 

Əli Kərimli qeyd edir ki, dünyanın media nəhənglərindən olan “The New York Times” Rusiya - Azərbaycan münasibətlərindəki gərginlik haqda geniş və maraqlı yazı hazırlayıb və yazıda onunla müsahibəyə də yer ayrılıb. 

Olsun! Əli Kərimlidən də, bir başqasından hansısa media qurumu müsahibə ala bilər. Burada qeyri-adi nəsə yoxdur. Lakin Əli Kərimli söhbət açdığı bu müsahibədə də yenə Azərbaycana qarşı fikirlər səsləndirib. 

Dünya yenidən dizayn olduğu bir zamanda Əli Kərimli strategiyadan, ədalətdən, dünyada baş verən hüquqsuzluqdan və s. haqqında danışmalıykən, Azərbaycanda hər şeyi qara gördüyündən danışıb. Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsindən danışarkən də Azərbaycanı günahkar obrazında görür. 

Sanki Azərbaycan hakimiyyəti ölkəni Rusiyayla, onun rəhbərliyi ilə bölüşməlidir. “Əli Kərimli kimə işləyir?” sualının bu anda səsələndirən hər kəs haqlıdır. Hakimiyyət nəyi bölüşməlidir və niyə? 

Sadə azərbaycanlının düşüncəsində bu sual haqlıdır. Əli Kərimli üçün isə öz maraqları o qədər önəmlidir ki, milli və dövlət məsələsində belə vətəndaşlıq borcunu unudur. 

“The New York Times” qəzetinin yazısından başqa bir maraqlı sitat gətirən Əli Kərimli o qədər absurd bir fikir deyir ki!!! “Allah hidayət etsin”dən başqa daha nə deyəsən? Adam az qala son bir neçə gündə başımıza gələnlərə görə onu törədənlərə haqq qazandırır. Əli Kərimlinin “milli” düşüncəsi budur! Onun “milli” düşüncəsi Azərbaycanın əleyhinədir. 

““Azərtac” Yekaterinburqda öldürülmüş azərbaycanlı qardaşlar haqda materialında bildirib ki, Rusiyanın hazırki daxili siyasəti 1930-cu illər Almaniyasının daxili siyasətini xatırladır. Ancaq Azərbaycanın özünün də demokratiya ilə bağlı ciddi problemləri var”,- deyə Əli Kərimli məqalədən bir hissə paylaşıb. 

Bu qədər də olmaz! Bizim demokratiyanın oradakı hadisələrə nə aidiyyəti var? Mövqeyini bildir, ya “yaxşı ediblər” de, ya da “etməyiblər”. Daha “çulu sudan çıxarmaq” nədir? Əli Kərimli hər sözündə, açıqlamasında, statusunda kim olduğunu və nə istədiyini açıq deyir. Bu fikirlər onun “milli-demokratik” düşüncəsinin altında nəyin gizləndiyinin göstəricisidir.  Əli Kərimlinin sözlərindən belə çıxır ki, hakimiyyətdə olardısa (hərçənd, heç zəncinin arzuları da bu qədər absurd deyil), hakimiyyətini qorumaq üçün istənilən xarici qüvvə ilə əməkdaşlığa da, hakimiyyəti bölməyə də, hətta xalqın, dövlətin maraqlarını öz istəklərinə qurban verməyə də hazır olardı. 

Bəlkə də bu cümlələrlə onu meydanda aktiv saxlamağa çalışan qüvvələrə mesaj ötürür, yaxud bütün çabalarına rəğmən onu hələ də görməzdən gəldiklərinə görə bu qədər açıq danışmağa vadar olub. 

Amma bu, elə həmin Əli Kərimlidir ki, 2013-cü ildəki prezident seçkisi ərəfəsində Rusiya hakimiyyətindən dəstək almaq üçün dəridən-qabıqdan çıxırdı, Milli Şura yaradırdı, gizli sövdələşmələr üçün emissarlar göndərirdi, bəlkə də hakimiyyəti bölüşdürəcəyinə dair vədlər verir, öhdəliklər götürürdü. 

Sonunda da göndərdiyi emissarlar hansı oyunlar oynadığını görüb ondan üz çevirdilər, amma artıq gec idi. Görünür, Əli Kərimli uğursuzluq və ümidsizlik zəncirindən o qədər yorulub ki, başını itirib, nə danışacağını, nə edəcəyini bilmir və əslində belə bilməzliklə də özü barədə bütün həqiqətləri faş edir. 

Əli Kərimli elə əvvəlki Əli Kərimlidir, xalq, vətən, dövlət adı altında “mən, mən, mən” eqosunu yaşadan adam! Ondan bundan başqa münasibət gözləmək də sadəlövhlük olardı. Yaxşı ki, cəmiyyət artıq o qədər sadəlövh deyil. 

Seçilən
3
45
cebheinfo.az

10Mənbələr