AZ

Rusiyanın enerji sektorunda daha bir şübhəli ölüm... “Transneft”in vitse-prezidenti 17-ci mərtəbədən aşağı düşdü – intihar, ya sui-qəsd…


Rusiyanın məşhur “Transneft” dövlət neft şirkətinin vitse-prezidenti 62 yaşlı Andrey Badalov Moskvada ölü tapılıb. Rəsmilər Badalovun Rublevskoye şossesində yerləşən binanın 17-ci mərtəbəsindən yıxıldığını açıqlayıb.

TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadə bildirir ki, ilkin nəticələrə görə, ölümün səbəbi intihar olub. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı məhkəmə araşdırmasına başlayıb və "intihara təhrik" və ya "qətl" şübhəsi ilə işin açılıb-açılmaması məsələsini nəzərdən keçirir. Badalovun ölüm səbəbi rəsmən “intihar” kimi açıqlansa da, İstintaq Komitəsinin də “qətl” ehtimalı ilə bağlı dosyeni araşdırdığı bildirilir.

Rusiya mediası yazır ki, istintaq tamamlanana qədər ölümün təfərrüatları açıqlanmayacaq.

Şirkət rəsmiləri yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyini bildirsələr də, ətraflı şərh verməkdən imtina ediblər. Badalov 2021-ci ildən “Transneft”də rəqəmsal transformasiya və informasiya texnologiyaları üzrə vitse-prezident vəzifəsində çalışır.

Bu hadisə ilə Rusiyanın enerji sektorunda son illərdə şübhəli ölümlər siyahısına daha biri əlavə olunur. 2022-ci ildə “Lukoyl”un iki rəhbərinin dalbadal ölümü və “Qazprom”un keçmiş rəhbəri Leonid Şulmanın intiharı(?) geniş ictimai rezonansa səbəb olub.

Ümumiyyətlə Rusiyanın enerji sektoru son iki ildə şübhəli ölüm hallarına görə, beynəlxalq medianın diqqət mərkəzində olub.

TAHİR

Seçilən
23
50
baki-xeber.com

10Mənbələr