AZ

Özbəkistanla münasibətlərin yeni yol xəritəsi: Prezidentlərin bəyanatlarındakı ştrixlər

İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəldi.
Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin genişləndirilməsi prizmasından xüsusi əhəmiyyət daşıyır. Səfər proqramından aydın oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı ilə strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edib. Eyni zamanda təhlükəsizlik, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilməsi gündəmdə olub.

Bu, iki dövlətin uzunmüddətli gələcəyə yönəlik yeni strategiya hazırlamasını stimullaşdıracaq. Ona görə də bu mühüm səfər Azərbaycan və Özbəkistan arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilməlidir.

Qiymətli strateji tərəfdaşlığın məzmunu

Qeyd edək ki, dövlət səfəri ölkələr arasındakı münasibətlərin ən yüksək məqamını ifadə edir. Bu cür səfərlər ölkələr arasındakı münasibətlərin aliliyini göstərir, onun strateji tərəfdaşlıq və dostluq əlaqələrinə söykəndiyinin dəlili kimi çıxış edir. Dövlət səfəri çərçivəsində imzalanan sənədlər ikitərəfli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir və qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. Diqqət yetirmək lazımdır ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı:

- Prezident İlham Əliyevlə təkbətək görüş keçirdi;
- İlham Əliyevlə Bakıda “Özbəkistan” parkının təməlini qoydu;
- İlham Əliyevlə birlikdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak etdi;
- Azərbaycan lideri ilə Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində oldu.

Səfərin bu sıx qrafiki Azərbaycan-Özbəkistan əlaqələrinin qarşılıqlı maraqların inkişafını yüksəldən dəyərə malikdir.

Belə qiymətli strateji tərəfdaşlığın məzmunu liderlərin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında və prezidentlərin mətbuata birgə bəyanatlarında da ifadə olundu.
Şuranın iclasından sonra prezidentlər Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak etdilər.

Mərasimdə Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar. Bundan başqa “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” də daxil olmaqla bir neçə mühüm sənəd mübadilə edildi.

Prezidentlərin mətbuata birgə bəyanatları əlaqələrin çoxşaxəli olmasını, iki ölkənin bir çox sahədə, o cümlədən təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq səviyyəsində perspektiv əməkdaşlıq imkanlarını göstərir. İqtisadi, təhsil, siyasi, təhlükəsizlik, energetika sahələrində birgə layihələr çox şeydən xəbər verir.

Seçilən
20
46
publika.az

10Mənbələr