AZ

“Həmişə təzyiq altında olmuşam və artıq buna öyrəşmişəm”

“Monako”nun yeni yarımmüdafiəçisi Pol Poqba mətbuatın təzyiqi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu təzyiqlərin həmişə olduğunu söyləyib:

“16 yaşımdan və “Havr”ı tərk edəndən bəri həmişə təzyiq altında olmuşam. Artıq buna öyrəşmişəm.

Kənardan təzyiq futbolçunun həyatının ayrılmaz hissəsidir.

Peşəkar səviyyədə oynamaq bütün bu amillərlə razılaşmağı nəzərdə tutur, o cümlədən, həm qələbələrdən sonra təriflər, həm də məğlubiyyətlərdən sonra sərt tənqidlər.

Mən heç bir təzyiq hiss etmirəm, çünki əvvəlki mərhələdə futbol oynamaqla bağlı yenə də çox sual var idi.

Mən böyük kluba keçdim, məni ən güclü oyunçular əhatə edir, əhval-ruhiyyə yüksəkdir və bunu mümkün edənlərə çox minnətdaram”.

Poqba əvvəllər “Mançester Yunayted” və “Yuventus”da oynayıb və o, Avropa Liqasının, 4 dəfə İtaliya çempionatının, 2 dəfə İtaliya kubokunun, 3 dəfə İtaliya superkubokunun qalibi olub.

32 yaşlı yarımmüdafiəçi Fransa millisi ilə dünya çempionu, UEFA Millətlər Liqasının qalibi və Avropanın vitse-çempionu adını da qazanıb.

Seçilən
6
50
sportinfo.az

10Mənbələr