"Kipr mübahisəsi ilə bağlı Mərkəzi Asiya dövlətlərinin bir müddət öncə sərgilədikləri mövqe hər kəsə bəllidir. Lakin bu gün Quzey Kıbrısın prezidenti Xankəndində həmin qərarı vermis prezidentlərlə yanaşı addımlayır. Xankəndi zirvəsi Azərbaycanın, ölkə liderinin türk islam dünyasında siyasi ağırlığını, nüfuzunu, çəkisini göstərir".
Siyasi şərhçi deyib ki, Xankəndi zirvəsinə Türkiyə, İran, Pakistan kimi iri dövlətlərin rəhbərlərinin gəlməsi dünyaya bir mesaj idi:
"Azərbaycan bölgəsəl gücdür, bizim sadiq dostlarımız, dar gündə yanımızda olan müttəfiqlərimiz var. Azərbaycan ərazilərini işğaldan azad etmiş, qəddini dikəltmiş dövlətdir. Bundan sonra heç kim bizimlə hədə, təhdid dilində danışa bilməz. İranın azərbaycanlı prezidenti Məsud Pezeşkianın Xankəndiyə gəlməsi, Azərbaycan lideri ilə səmimi görüşü, ana dilində danışması bədxahların yaydığı iftiraları da alt üst etdi".
Elman Cəfərli deyib ki, yaxşı olar Xankəndidə Şimali Kiprin təhsil sisteminin təcrübəsi tətbiq edilsin: "30 ildən çox ermənilərin işğalı altında qalmışdı. Bu gün Xankəndi digər Qarabağ şəhərləri kimi yenidən qurulur, dirçəlir, orada həyat qaynamağa başlayıb. Bu gün Xankəndi beynəlxalq tədbirlərə, konfrasnlara evsahibliyi edir. Yaxşı olar ki, Xankəndi şəhəri təhsil mərkəzinə çevrilsin. Orada univeristet şəhərcikləri, kino mərkəzləri, mədəniyyət klubları, sərgi mərkəzləri yaradılsın".
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31