AZ

Tualet təmizləyici içən uşaq 2 il yeyə bilməyib


Şanlı Urfada iki il əvvəl tualet açıcı içərək yemək borusu ciddi zədələnən Şehed Muhammed Harran Universiteti Xəstəxanasında müalicə aldıqdan sonra sağlamlığına qovuşub.


“Medicina” xəbər verir ki, 2 illik müalicə müddətində ağızdan su belə içə bilməyən uşaq mədə toxumasından düzəldilmiş yeni yemək borusu ilə qidalanmağa başlayıb.


Şehed Muhammed 2 il əvvəl evdə oynayarkən təsadüfən kanalizasiya açarı içib. Vəziyyəti görən ailə Harran Universiteti Xəstəxanasına müraciət edib. Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri Prof.Dr.Mehmet Emin Bölekenin müayinəsindən sonra balaca uşaq müalicə altına alınıb. Çətin müalicə prosesi və uğurlu əməliyyatdan sonra 5 yaşlı uşaq 2 il sonra həyata yapışıb.
Harran Universiteti Xəstəxanası Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri Prof. Dr. Mehmet Emin Böleken xatırladıb ki, onlara gələndə onun qida borusunda ciddi yanıq olduğunu müəyyən ediblər.

, "Hər ay özofagus dilatasiyası tətbiq etdik. Ancaq bu cəhdlər heç bir nəticə vermədi. Zamanla xəstəmiz ancaq qarın divarından mədəsinə yerləşdirilən boru ilə qidalana bildi. Bu uşaq iki il ağzından su belə içə bilmədi" .


Prof. Dr. Boleken, mədə toxumasından istifadə edərək xəstə üçün yeni yemək borusu yaratdıqlarını bildirdi:


"Bu çox mürəkkəb və uzun müddətli bir əməliyyat idi. Əməliyyat uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi və ümumi cərrahiyyədən ibarət multidisipliner bir qrup tərəfindən reallaşdırıldı".


Aygün Musayeva


Seçilən
10
8
medicina.az

10Mənbələr