AZ

Azərbaycan İƏT tranzitinin gələcəyini formalaşdırır - Etibarlı tərəfdaş olaraq Azərbaycan Mərkəzi Asiyanın nəzər nöqtəsində

Bakı. Trend:

3-4 iyul tarixlərində Xankəndidə keçirilən İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) XVII Zirvə görüşündə nəqliyyat-logistikainteqrasiyası məsələlərinə xüsusi diqqət yetirildi. İƏT-ə üzvölkələrin, xüsusilə də Mərkəzi Asiya dövlətlərinin rəhbərləriinfrastrukturun müasirləşdirilməsii, logistikada olançatışmazlıqların aradan qaldırılması və Avrasiya məkanındaəlaqələrin gücləndirilməsi məqsədilə iddialı təşəbbüslərlə çıxışetdilər.

Bu təkliflər ənənəvi tranzit marşrutlarına alternativ olan OrtaDəhlizə marağın artması fonunda səsləndi və bu prosesdə təşkilatınəsas üzvü və bölgədə yeni regional tranzit memarlığınınqurulmasında əvəzolunmaz tərəfdaş olan Azərbaycanın rolu iləbirbaşa bağlıdır.

Mərkəzi Asiya ölkələri dayanıqlı nəqliyyat müstəqilliyinə nailolmaq üçün marşrutların şaxələndirilməsinə və daxili əlaqəliliyinartırılmasına üstünlük verirlər.

Bu kontekstdə Türkmənistan müasir çağırışları nəzərə almaqlalogistika və nəqliyyat əməliyyatlarının yenilənməsini təklif etdi.Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri RəşidMeredovun sözlərinə görə, regiondakı nəqliyyat dəhlizləridayanıqlı, təhlükəsiz olmalı və İƏT ölkələrini Avrasiya məkanınaeffektiv şəkildə birləşdirməlidir. O, Türkmənbaşı Beynəlxalq DənizLimanının müasirləşdirilməsinin və Avropa-Asiya əlaqələrinininkişaf etdirilməsinin prioritet olduğunu vurğuladı.

"Qazaxıstan isə Şərqlə Qərbi birləşdirən logistik qovşaq kimiözünü göstərməkdədir. Biz vacib multimodal marşrutları –Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, həmçinin,Qazaxıstan və Türkmənistandan marşrutları aktiv şəkildə inkişafetdiririk.

Həmçinin, bizim Xəzər dənizindəki limanların potensialınıngenişləndirilməsi istiqamətində fəal iş aparılır. Aktau limanındakonteyner qovşağı artıq açılıb, Kurık limanında isə çoxfunksionalterminal inşa olunur”, - deyə o bildirib.

Dənizə çıxışı olmayan Qırğızıstan liman infrastrukturuna bərabərçıxış imkanlarının yaradılmasının vacibliyinə diqqət çəkdi.Prezident Sadır Japarov belə bir təklif irəli sürdü:

“İƏT çərçivəsində dənizə çıxışı olmayan ölkələr üçün limaninfrastrukturuna çıxışda güzəştli şəraitin yaradılmasınıməqsədəuyğun hesab edirik. Yükdaşıma proseslərinin, o cümlədən,dəmiryolu və avtomobil nəqliyyatı marşrutları üzrərəqəmsallaşdırılmanı fəal şəkildə təşviq etmək vacibdir”.

Özbəkistan lideri isə alternativ dəhlizlərin stratejiəhəmiyyətini vurğuladı.

"Son geosiyasi hadisələr və qlobal logistika sistemlərindəkipozuntular fonunda alternativ logistika zəncirlərinin qurulmasıprioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bu kontekstdəÇin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsiningerçəkləşdirilməsinə başlanılması mühüm addım olmuşdur. Gələcəkdəbu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu daregionda tranzit marşrutlarının effektiv inteqrasiyası üçün yeniimkanlar açacaq", – deyə Şavkat Mirziyoyev bildirib.

Bu bəyanatlar Mərkəzi Asiya ölkələrinin Avrasiya məkanında özlogistik rolunu möhkəmləndirmək səylərini aydın şəkildə əksetdirir. Lakin bu iddiaların həyata keçirilməsi Azərbaycanıniştirakı olmadan mümkün deyil – ölkə ki, Orta Dəhlizin həyatakeçirilməsində əsas rol oynayır.

Son illərdə Azərbaycan regionun aparıcı nəqliyyat-logistikamərkəzlərindən birinə çevrilib. O, İƏT ölkələrinə Avropa və Aralıqdənizi bazarlarına real çıxış imkanı təqdim edir və beynəlxalqdəhlizlərə inteqrasiya sayəsində bu prosesi dəstəkləyir.

Hələ Daşkəndə keçirilən öncəki İƏT zirvə-görüşündə Prezidentiİlham Əliyev vurğulamışdı:

“Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzvdövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyatinfrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub vəAvrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərindəyerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Həriki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Bizhazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırmaqabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Xankəndidə Prezident bu öhdəliyi bir daha təsdiqlədi.

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti budəhlizlərdən istifadə edir”.

İƏT ölkələrinin ixtiyarında Bakı-Tbilisi-Qars dəmir yolumarşrutu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Ceyhanneft kəməri, Cənub Qaz Dəhlizi və müasir avtomobil yoluinfrastrukturu mövcuddur. Bütün bu elementlər vahid şəbəkə yaradırvə Mərkəzi Asiya ölkələrinin ixrac-tranzit planlarınıgerçəkləşdirməsinə şərait yaradır.

Azərbaycan, eyni zamanda, regional və regionlararası layihələrdədə fəal iştirak edir. Xüsusilə Əfqanıstan, Türkmənistan,Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis-Lazuli dəhlizilayihəsi həyata keçirilir. Bu, Azərbaycanın təkcə İƏT deyil,bütövlükdə Avrasiya üçün də əsas qovşaqlardan birinə çevrildiyinigöstərən daha bir nümunədir.

Müasir geoiqtisadi reallıqlar Mərkəzi Asiya ölkələrindən qlobaltədarük zəncirlərinə etibarlı və dayanıqlı inteqrasiya yollarınıfəal şəkildə axtarmağı tələb edir. Bu mənada, Azərbaycan təkcəhəllin bir hissəsi deyil – o, bu həllin özüdür. Onun ərazisindənetibarlı tranzit təmin edilmədən regionun logistika əlaqəliliyiningücləndirilməsi planları yalnız elə təşəbbüs mərhələsində qalacaq.Mərkəzi Asiya ölkələri İƏT çərçivəsində səsləndirdikləritəşəbbüslərlə Azərbaycanın əsas logistik tərəfdaş olduğunugöstərirlər. Bu tərəfdaşlıq artıq bu gündən etibarən yeni Avrasiyanəqliyyat memarlığının əsaslarını qoyur və istənilən çağırışlarınöhdəsindən gəlməyə qadirdir.

Məqalədə:
Seçilən
7
37
az.trend.az

10Mənbələr